EN

Sumqayıtda parkda qanunsuz şəkildə quraşdırılmış konstruksiya sökülüb - FOTO

BAKI, 18 aprel. TELEQRAF

Sumqayıt şəhəri ərazisində olan mədəniyyət və istirahət parkında qanunsuz şəkildə quraşdırılmış konstruksiya sökülüb.

Teleqraf xəbər verir ki, söküntü işləri Sumqayıt şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişiliyi tərəfindən həyata keçirilib.

Əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunaraq qanunsuz tikilinin demontajı aparılıb.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində qanunsuz tikililərlə mübarizə tədbirləri mütəmadi xarakter daşıyır və bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirilir.

Chosen
17
11
teleqraf.com

10Sources