EN

Trampdan Hörmüzün yenidən bağlanmasına ilk reaksiya - Bizi şantaj edə bilməzlər…



Hörmüz boğazının açılmasından on doqquz saat sonra İran ABŞ-ın blokadası səbəbindən boğazı yenidən bağladığını elan edib. Bu hadisədən sonra Prezident Tramp ilk dəfə kameralar qarşısına çıxraq İrana xəbərdarlıq edib. O, İranla əlaqə saxladıqlarını və danışıqların yaxşı getdiyini bildirib.

"Çox yaxşı danışıqlarımız davam edir. Hər şey çox yaxşı gedir. 47 ildir etdikləri kimi bir az təkəbbürlü davrandılar. Heç kim onlarla üz-üzə gəlməyib. Bizdə üzləşdik. Onların donanması yoxdur, hava qüvvələri yoxdur, nların lideri yoxdur. Onların heç nəyi yoxdur. Bu, rejim dəyişikliyidir. Amma onlarla danışırıq. İllərdir etdikləri kimi, yenə də Hörmüz boğazını bağladılar. Bizi şantaj edə bilməzlər" – deyə Tramp bildirib.

İran Təhlükəsizlik Şurası, ABŞ-ın dəniz blokadası davam edərsə, İran Hörmüz boğazından keçidi bağlı saxlayacaq. İranın Birinci Vitse-prezidenti Məhəmməd Rza Arif isə Hörmüz boğazının idarə olunmasının İrana məxsus olduğunu bildirib: “Biz hüquqlarımızı ya danışıqlar masasında, ya da sahədə möhkəmləndirəcəyik".

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi İran Silahlı Qüvvələrinin Hörmüz boğazını yenidən bağlamasına münasibət bildirərək deyib: "Sizi xəbərdar etdik, amma siz bizi görməzdən gəldiniz! İndi isə Hörmüz boğazının əvvəlki vəziyyətinə qayıtmasının dadını çıxarın".

Tahir TAĞIYEV

Chosen
17
baki-xeber.com

1Sources