"Yuventus" kapitan Manuel Lokatellinin müqaviləsinin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Yuventus" Manuel Lokatellini 2021-ci ilin yayında "Sassuolo"dan transfer edib. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm "qoca sinyora"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xavi yenidən Messi ilə BİR ARADA?
"Çelsi"nin yeni transfer hədəfi: PREMYER LİQADAN
"Real" onu komandadan göndərəcək
"Çelsi"nin Kaysedo planı: RAZILAŞMA ƏLDƏ OLUNDU
Hansı oyun, hansı kanalda? - TV AFİŞA