EN

Kürşat Zorlu: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər türk dünyasına örnəkdir

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər çox fərqlidir və türk dünyasına örnəkdir.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri, millət vəkili Kürşat Zorlu "Reprt"un yerli bürosuna açıqlamasında bunu bildirib.

Millət vəkili deyib ki, Cənubi Qafqazdakı problemlərin həllində Türkiyə ilə Azərbaycan əl-ələ verərək dünyaya necə bir birlik nümunəsi göstəribsə, bu örnək Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də görünür:

"Dünya hazırda çox önəmli bir dövrdən keçir. Bizim öz aramızdakı əməkdaşlıq bir yana, dünyada baş verən hadisələr fonunda yaranan çaxnaşmalı və münaqişəli mühit türk dövlətləri arasındakı münasibətləri yenidən gündəmə gətirir. Bu mənada iki qardaş ölkənin münasibətləri xüsusi bir mövqedə dayanır. Türkiyə ilə Azərbaycanın taleyi və gələcəyi birdir, gördüyü işlərdə də bu birliyi dünyaya sürətlə nümayiş etdirməyə başlayıb".

K. Zorlu deyib ki, hazırda Azərbaycanın Cənubi Qafqazdakı sülh mövqeyi də nümunəvi və təqdirəlayiqdir:

"Çünki Azərbaycan uzun illər Qarabağ probleminin həllində daim diplomatiyaya üstünlük verib. Lakin bu qədər diplomatiyanı önə çəkən bir dövlət ədalətsizliklərlə üzləşdi, beynəlxalq sistemdə bir çox hallarda gözlənilən addımlar atılmadı. Nəticədə Azərbaycan qəti qərar verdi, xalqı ilə birləşdi və Qarabağda suverenliyini bərpa etdi. Bununla yanaşı, bu gün də diplomatiyanı davam etdirir, Ermənistanla münasibətlərin həm dünya, həm də region sülhü naminə düzgün bir məcraya yönəlməsi üçün səylər göstərir. Biz də bu proseslərin bir hissəsiyik və əlbəttə ki, Türkiyə Respublikası olaraq qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik".

Chosen
39
far.az

1Sources