EN

Cəlil Cəlilov: "Final oyunu çox gərgin keçdi"

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında "Xilasedici"nin "Ordu" ilə final oyunu çox gərgin keçib.

"Report"un məlumatına görə, bu barədə "Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov matçdan sonra açıqlamasında bildirib.

Mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri həlledici qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Azarkeşləri salamlayıram. Bu gün çox gərgin oyun alındı. Buna baxmayaraq, istəyimizə çatdıq. Oyunçularıma minnətdaram".

C.Cəlilov gözəl oyuna görə rəqibi də təbrik edib:

"Onlar bu mövsüm uğurlu çıxış etdilər, finaladək irəlilədik. Final oyunu da çox gözəl alındı. Komandamız çətin görüşə hazır idi".

Chosen
33
far.az

1Sources