EN

Livan Prezidenti Makrona sülhməramlıları güllələyənləri məsuliyyətə cəlb edəcəyinə söz verdi

BAKI, 18 aprel. TELEQRAF

Livan Prezidenti Cozef Aun BMT sülhməramlılarına hücum edərək bir nəfəri öldürən və üç nəfəri yaralayanları məsuliyyətə cəlb edəcəyinə söz verib.

Teleqraf xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Aun telefon danışığı zamanı fransalı həmkarı Emmanuel Makrona başsağlığı verib.

O, hadisəni pisləyib və Beyrutun cinayətkarları tərəddüd etmədən təqib və məsuliyyətə cəlb edəcəyinə söz verib.

Bundan əvvəl Fransa Prezidenti özü Livanda bir fransız sülhməramlısının ölümünü elan etmiş və hadisəyə görə Hizbullah hərəkatını günahlandırmışdı.

Chosen
31
1
teleqraf.com

2Sources