EN

“Karvan-Yevlax” “Şamaxı”ya qalibGƏLDİ

Misli Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, bu gün əvvəlcə “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edib. Yevlaxda keçirilən oyunun baş hakimi Emin Əliyev olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyununda isə “Qarabağ” lider “Sabah”ı sınağa çəkəcək. Çempionluq yolunda böyük önəm daşıyan bu görüşü Elçin Məsiyev idarə edəcək.

Daha öncə “Araz-Naxçıvan” “Turan Tovuz”a uduzub (0:3), “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1. “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası

28-ci tur

18 aprel

“Karvan-Yevlax” – “Şamaxı” 1:0

Qol: Coy Sleyd Mikels, 39.

Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov

Yevlax şəhər stadionu, 15:30.

Chosen
19
4
redaktor.az

10Sources