AZ

“Karvan-Yevlax” “Şamaxı”ya qalib gəldi

Misli Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, bu gün əvvəlcə “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edib. Yevlaxda keçirilən oyunun baş hakimi Emin Əliyev olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyununda isə “Qarabağ” lider “Sabah”ı sınağa çəkəcək. Çempionluq yolunda böyük önəm daşıyan bu görüşü Elçin Məsiyev idarə edəcək.

Daha öncə “Araz-Naxçıvan” “Turan Tovuz”a uduzub (0:3), “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1. “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah keçiriləcək.

"Cebheinfo.az"

Seçilən
9
4
cebheinfo.az

10Mənbələr