EN

Gədəbəydə yeniyetmə və gənclər tarixi irsə diqqət çəkən veloyürüşdə iştirak ediblər

Gədəbəy, 18 aprel, AZƏRTAC

Gədəbəydə yeniyetmə və gənclərin iştirakı ilə veloyürüş təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, idman yarışı Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə təhsil sektoru və rayon uşaq-gənclər idman-şahmat məktəbi tərəfindən 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilib.

Veloyürüş Gədəbəy Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək rayonun Miskinli kəndində yerləşən, alman irsinə aid, 1879-cü ildə dəmiryolu xətti üçün salınmış tarixi “Siemens körpüsü”nün yanında başa çatıb. Marşrut üzrə ümumi məsafə təxminən 8–10 km təşkil edib. Veloyürüşdə idmançılarla yanaşı, məşqçilər də iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərə tarixi-mədəni irsimizə hörmət hissinin aşılanması, qədim abidələrin yad edilməsi, tariximizin unudulmaması, eləcə də onların sağlam və vətənpərvər ruhda formalaşdırılmasıdır.

Müxbir – Vüsalə Cənnətova

Chosen
28
azertag.az

1Sources