EN

Liverpul 22 yaşlı müdafiəçi uğrunda mübarizəyə qoşulub

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Liverpul" "Mançester Yunayted" klubunun transfer hədəfi olan Adam Varton uğrunda mübarizəyə qoşulub.

İdman.Biz xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

Məlumata görə, "mersisaydlılar" "Kristal Pelas"ın yarımmüdafiəçisini Kurtis Cons və ya Alexsis Makkalister komandadan ayrılacağı təqdirdə əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

Bildirilir ki, “Liverpul” futbolçunun transferi uğrunda “Mançester Yunayted”lə rəqabət aparmalı olacaq. “Kristal Pelas” oyunçunun keçidi üçün azı 80 milyon funt sterlinq (təxminən 92 milyon avro) tələb edir. Klub yarımmüdafiəçini buraxmaq istəməsə də, futbolçunun özü daha yüksək səviyyədə çıxış etmək niyyətindədir.

Adam Vartonun "Kristal Pelas"la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
icma.az

1Sources