EN

Səudiyyə Ərəbistanını dünya çempionatına aparacaq baş məşqçinin kimliyi bilindi - SON DURUM

Səudiyyə Ərəbistanı millisində baş məşqçi dəyişikliyi reallaşır.

Fanat.Az xəbər verir ki, tezliklə bu posta "Əl-Xalidja"nıin baş məşqçisi Georgios Donis rəhbərlik edəcək.

İnformasiyanı tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabı üzərindən yayıb. 

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəhbərliyi işdən çıxarılan Herve Renardın yerinə əsas namizədi yunanıstanlı mütəxəssisdir. Donis ötən ildən bəri "Əl-Xalidja"ya rəhbərlik edir və onun komandası hazırda Səudiyyə Ərəbistanı çempionatında 11-ci yerdədir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2026-cı il dünya çempionatında Uruqvay, İspaniya və Kabo-Verde ilə oynayacaq. Turnir 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.

Chosen
9
1
fanat.az

2Sources