EN

Hörmüzün bağlanması 50 mlrd dollarlıq itkiyə səbəb oldu

İran müharibəsinin başlamasından keçən 50 gün ərzində qlobal neft bazarına 500 milyon barel neft çıxarmaq mümkün olmayıb ki, bu da  50 milyard dollardan çox itki deməkdir.

Azreform.info xəbər verir ki, “Reuters”in hesablamalarına görə, 50 milyard dolları keçən bu böyük istehsal itkisi müasir tarixdə ən böyük enerji təchizatı fasilələrindən biri kimi qeydə alınıb.
Müharibə boyunca neftin qiyməti orta hesabla bir barel üçün 100 dollar ətrafında olduğundan, istehsal itkisi təxminən 50 milyard dollar gəlir itkisinə səbəb olub.

Bu rəqəm Almaniyanın illik ümumi daxili məhsulunun təxminən 1 faizini təşkil edir ki, bu da Latviya və Estoniya kimi kiçik ölkələrin ümumi iqtisadi ölçüsünə bərabər itki deməkdir.

Mürtəza

Chosen
8
2
azreform.info

3Sources