EN

“Eşitmişəm ki, Messinin oynadığı səfər matçlarına bilet tapılmır”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən Lionel Messi haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “City Xtra” portalına danışan mütəxəssis argentinalı hücumçunun MLS-ə marağı artırdığını deyib:

“Məncə, MLS getdikcə daha inkişaf edir. Messi kimi oyunçular oynamaq üçün ora gediblər. Eşitmişəm ki, Messinin oynadığı səfər matçlarına bilet tapılmır. Onun verdiyi effekt göz qabağındadır”.

37 yaşlı hücumçu 2023-cü ilin dekabrından “İnter Mayami”də çıxış edir. O, komandada 18 oyunda 13 qol vurub, 11 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
futbolpress.az

1Sources