EN

Atəşkəslə bağlı vacib açıqlama: Savaş bitir?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Livan Prezidenti Cozef Aun İsrail və Livan arasında qüvvəyə minən 10 günlük atəşkəslə bağlı mühüm açıqlamalar verib. 

"Cebheinfo.az" xəbər verir ki, Aun Livan xalqına videomüraciət edib.

"Bu gün özümüz üçün danışıqlar aparırıq. Qərarlarımızı özümüz veririk. Artıq heç kimin cibindəki kart deyilik. Bir daha heç vaxt heç kimin döyüş meydanı olmayacağıq. 

Bu gün sizə bir məsuliyyət vəzifəsindən, hamımızın yaşadığı ağrının tam mərkəzindən səslənirəm, keçici sözlərlə deyil, ölkənin yükünü və xalqın ağrısını daşıyan səmimi bir dillə danışıram", - deyə o qeyd edib. 

Aoun İsrail hücumları qarşısında Livan xalqının göstərdiyi müqaviməti vurğulayıb.

O, İsrail, İran və ya “Hizbullah”ın adını çəkmədən etdiyi çıxışında ölkəsinin gələcəyinə və ümidlərinə dair mesajlar verib:

“Atəş səslərinin dayandırılması istiqamətində əldə olunan nəticələr hər kəsin səylərinin məhsuludur. Bu, sizin göstərdiyiniz fədakarlıqların bəhrəsidir. Bu, dünyanın vicdanını hərəkətə gətirib.

Bu, eyni zamanda, atəş xəttindəki evlərində və kəndlərində sonadək dayanan insanların əsəridir. Onlar dünyaya bunu elan etdilər: 

"Biz buradayıq, nə olursa olsun getməyəcəyik"". 

Aoun atəşkəs prosesinə dəstək verdiklərinə görə ABŞ Prezidenti Donald Tramp və Körfəz ölkələrinə təşəkkür edib:

“ABŞ Prezidenti Donald Trampdan başlayaraq bütün ərəb qardaşlara, xüsusilə Səudiyyə Ərəbistanına qədər uzanan bir təşəkkürdür bu. Onların dostluğuna güvənirik. Dünən başladığımız işi davam etdirəcəyimizə və hədəflədiyimiz nəticələrə çatacağımıza inanırıq.”

Əfsanə

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
cebheinfo.az

2Sources