EN

İran Azərbaycana minnətdardır

“İran regiondakı bütün dostlarına, o cümlədən Azərbaycana minnətdardır”.

“Yeni Sabah”xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalyada jurnalistlərə açıqlamasında bildirib.

V Antalya Diplomatiya Forumuna qatılan XİN rəhbərinin müavini regionda bir sıra ölkələrin, o cümlədən Azərbaycanın İrana dəstəyini və həmrəyliyini yüksək qiymətləndirdiklərini qeyd edib: “Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var. İran Prezidenti Məsud Pezeşkian və Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı bu xoş münasibətlərin davam edəcəyi bir daha təsdiqlənib”.

O, Azərbaycan xalqına və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.


Telegram kanalımız
Chosen
20
1
yenisabah.az

2Sources