Manuel Lokatelli hazırkı klubunda daha uzun müddət çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, kapitan “Yuventus” ilə yeni müqavilə imzalamağa yaxındı.
“La Gazzetta dello Sport”un məlumatına görə, tərəflər müqavilənin müddətini 2030-cu ilin ortalarına qədər uzadacaqlar. Lokatellinin Turin klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.
Manuel cari mövsümdə A seriyasında 30 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.