İran ABŞ Prezidenti Donald Trampın İranın hərbi-dəniz blokadasına dair bəyanatları səbəbindən ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib.
Bizim.Media xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ İranın “Tasnim” agentliyi mÉ™lumat yayıb.
"Trampın İranın hərbi-dəniz blokadası barədə bəyanatı, həmçinin danışıqlar zamanı amerikalıların tələblərinin həddindən artıq çoxluğu səbəbindən İran danışıqların növbəti raunduna hələ razılıq verməyib", - mənbə bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən jurnalistlərə açıqlamasında Tehran və Vaşinqtonun dialoqu davam etdirdiyini, həftəsonu İslamabadda görüşün baş tutacağını bildirmişdi.
Bizim.Media