EN

Türkiyə regionda ilkə imza atdı, Bakı dəstəklədi Əliyev də oradadır

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“2021-ci ildən fəaliyyətə başlayan Antalya Diplomatiya Forumu ötən beş il ərzində iştirakçı sayı, eləcə də təsir imkanlarının genişlənməsi baxımından diqqət çəkir. Belə bir forumun fəaliyyətə başlaması, fikrimcə, mövcud dialoq platformalarına alternativ ortaya qoya bildi. Bu alternativin formalaşmasında Türkiyə faktoru da xüsusi rol oynayır. Çünki Türkiyə bu coğrafiyanın əsas aparıcı gücüdür, eyni zamanda, beynəlxalq münasibətlər sistemində mərkəz rolunu oynayır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Antalya Diplomatiya Forumu haqda danışarkən deyib:

Siyasi şərhçi bildirib ki, Forum region ölkələrinin xüsusi diqqət mərkəzindədir:

“Burada ən önəmli məqamlardan biri də region ölkələrinin mövcud problemləri elə məhz regionda müzakirə etmək və çıxış yolu tapmaq istiqamətində imkanlar qazanmasıdır.

Bu il keçirilən Forumun zamanı xüsusilə əhəmiyyətlidir. Çünki İran müharibəsi, risk altında olan atəşkəs, razılaşma imkanlarının məhdudluğu, o cümlədən, Rusiya-Ukrayna müharibəsi və digər münaqişələr, toqquşmalar fonunda dialoq potensialının zəiflədiyi müşahidə edilir. Təbii ki, bu münaqişələr bütün region ölkələrinin təhlükəsizliyinə təhdiddir. Forum mövcud çağırışları müzakirə etmək, həll yollarını tapmaq, razılaşmalar əldə etmək və liderlər arasında təmaslar yaratmaq üçün unikal şəraitin yaradılmasıdır.

Asif Nərimanlı

Bu Forum fəaliyyətə başladığı dövrdən etibarən rəsmi Bakının diqqət mərkəzində olub. Çünki Azərbaycan üçün qardaş Türkiyədə regionun məsələlərini müzakirə etmək, ölkələrarası münasibətləri inkişaf etdirmək və dialoq qurmaq daha effektiv olur. Prezident İlham Əliyevin Foruma qatılmasının əsas məqsədi də budur”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
globalinfo.az

1Sources