EN

"Tottenhem"in kapitanı Londonu Madridə dəyişməyə qərar verdi - SON DURUM

"Tottenhem"in müdafiəçisi Kristian Romero bu yay klubunu dəyişmək istəyir. 

Fanat.Az xəbər verir ki, məlumatı "Fichajes" yayıb. 

Mənbənin məlumatına görə, Argentina millisinin üzvü ilə "Real Madrid" və "Atletiko Madrid" ciddi maraqlanır. "Tottenhem" rəhbərliyi artıq Romeronun yerinə oyunçu axtarır. Londonluların lider rolunu oynaya bilən bir oyunçu ilə müqavilə imzalamaq istədiyi bildirilir. 

"Tottenhem" hazırda Premyer Liqanın turnir cədvəlində on səkkizinci yerdə qərarlaşır. Buna görə də klubun transfer fəaliyyəti komandanın Çempionşipə düşüb-düşməməsindən asılı olacaq.

Chosen
9
1
fanat.az

2Sources