ABŞ prezidenti Donald Tramp cümə günü verdiyi bəyanatda "Hörmüz boğazından keçidin pulsuz olacağını" bildirib.
Ölkə.Az-ın CNN-ə istinadən məlumatına görə, prezident təyyarəsinin göyərtəsində jurnalistlərin gəmilərin boğazdan keçidi üçün hər hansı məhdudiyyət və ya ödəniş tətbiq edilib-edilməyəcəyi barədə sualına Tramp belə cavab verib: "Xeyr, qətiyyən".
"Keçid üçün pul ödəmək olmaz. Xeyr, heç bir rüsum olmayacaq", — deyə Tramp vurğulayıb.
Qeyd edək ki, münaqişə zamanı İran boğazdan keçid üçün rüsum yığırdı. ABŞ prezidenti isə buna qarşı çıxaraq, "İrana rüsum ödəyən beynəlxalq sulardakı bütün gəmilərin ələ keçiriləcəyi" ilə hədələyərək bu prosesin qarşısını almağa çalışırdı.