EN

Azərbaycan XİN: “İnsanlıq əleyhinə cinayət olan Başlıbel faciəsi unudulmamalıdır” FOTO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Başlıbel faciəsi ilə bağlı paylaşım edib.Bizim.Media xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında post paylaşıb."33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdıldıqdan sonra 18 gün dağ mağaralarında gizləndikləri aşkar edilərək qətlə yetirildi. Daha 14 nəfər isə girov götürüldü. Bu vəhşilik azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən sistemli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Belə ağır insanlıq əleyhinə cinayətlər heç vaxt unudulmamalıdır. Biz Başlıbel qətliamı qurbanlarının xatirəsini ehtiramla yad edirik", - paylaşımda qeyd olunub.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
15
bizim.media

10Sources