EN

KİV: ABŞ nümayəndələri Kubada Kastro nəvəsi ilə görüş keçirib

BAKI, 18 aprel. TELEQRAF

ABŞ Dövlət Departamentinin nümayəndələri aprelin 10-da Havana şəhərinə səfər edərək kubalı rəsmilərlə, o cümlədən Raul Rodriqes Kastro ilə görüş keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Amerika nümayəndə heyəti ada ölkəsində demokratik və iqtisadi azadlıqlara çağırış edib.

Məlumata görə, ABŞ tərəfi Kubaya islahatların həyata keçirilməsi üçün məhdud zaman pəncərəsinin olduğunu vurğulayıb və qarşılığında ticarət-iqtisadi embarqonun aradan qaldırılmasına yardım, həmçinin ölkənin Starlink sisteminə çıxış imkanının təmin edilməsini təklif edib.

Portal qeyd edir ki, ABŞ nümayəndələri həmçinin Kuba hökumətinin icazəsi ilə ABŞ ərazisinə yaxın məsafədə fəaliyyət göstərən xarici kəşfiyyat qurumları, hərbi strukturlar və terror qrupları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

"Axios"un qiymətləndirməsinə görə, ABŞ hökumətinə məxsus təyyarənin adaya eniş etməsi son 10 ildə ilk belə hal olub və bu səfər diplomatik baxımdan mühüm addım sayılır.

Chosen
54
teleqraf.com

1Sources