EN

Ulduz futbolçuya gözlənilməz təklif: 4 gün vaxt verdilər

Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo karyerasını Meksikada davam etdirmək üçün gözlənilməz təklif alıb.

Publika.az xəbər verir ki, 33 yaşlı futbolçu fevral ayından bəri klubsuzdur. O, “Vasko da Qama” ilə müqaviləsini qarşılıqlı razılaşma ilə ləğv edib.

“RTI Esporte”nin məlumatına görə, “Pumas” ona qollar üçün bonuslar və klub məhsullarının satışından pay daxil olan müqavilə təklif edib. Lakin futbolçuya qərar vermək üçün cəmi dörd gün vaxt verilib.

Koutinyo “Liverpul”dakı parlaq çıxışı ilə yadda qalıb. O, 201 oyunda 54 qol vurub. 2018-ci ildə isə 142 milyon funt sterlinq qarşılığında “Barselona”ya transfer olunsa da, gözləntiləri doğrultmayıb. Daha sonra “Bavariya”, “Aston Villa” və “Əl-Duhail” klublarında çıxış edib.

Chosen
30
publika.az

1Sources