Vaşinqton, 18 aprel, AZƏRTAC
İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Arizona ştatının Finiks şəhərində TPUSA-nın mitinqində çıxışı zamanı deyib.
O bildirib ki, məsələlərin əksəriyyəti artıq danışıqlar yolu ilə razılaşdırılıb. “İran ABŞ-ın köməyi ilə bütün dəniz minalarını təmizləyib. Başa düşdüyünüz kimi, onlar heç vaxt nüvə silahına sahib olmayacaqlar”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton