EN

Türkiyə ordusuna dron ovlayan radarlar təhvil verildi

Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Musavat.com xəbər verir ki, nazirliyin məlumatına görə, ASELSAN tərəfindən ölkənin quru qoşunlarına müəyyən sayda ACAR 300-G radiolokasiya stansiyaları təhvil verilib.

Bildirilib ki, bu sistemlər əsasən pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanması üçün nəzərdə tutulub. Yeni radarlar sayəsində ordunun hava məkanına nəzarət imkanlarının daha da genişlənəcəyi vurğulanır.

Məlumata görə, ACAR 300-G aşağı hündürlükdə uçan hədəfləri, o cümlədən kiçik ölçülü dronları yüksək dəqiqliklə müəyyən edə bilir və bu da müasir döyüş şəraitində mühüm üstünlük sayılır.

 

Musavat.com

Chosen
17
2
musavat.com

10Sources