EN

Müğənninin “ərinin orasını burasını yuyan” sözləri ilə bağlı RƏSMİ AÇIQLAMA

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Audiovizual Şura müğənni Nigar Camalın “Maska” şou verilişində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, sənətçinin qatıldığı verilişin monitorinqi aparılıb və qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanmayıb:

Qeyd olunub ki, aprelin 5-də saat 21:00-23:24 aralığında İTV-də yayımlanan “Maska” şou proqramının müvafiq buraxılışı təkrar monitorinq olunub: “Aparılan monitorinqin nəticələrinə əsasən, proqram zamanı səsləndirilən ifadələrin məzmununda qüvvədə olan media qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilməyib. Yayım zamanı ictimai maraqlara, habelə qanunvericiliklə qorunan digər hüquq və mənafelərə zidd hər hansı hal aşkarlanmayıb. Qeyd olunanları nəzərə alaraq, mövcud fakt üzrə hər hansı hüquqi məsuliyyət tədbirlərinin tətbiqi üçün əsaslar müəyyən olunmayıb”.

Qeyd edək ki, Avraviziya qalibi Nigar Camal “Maska” şouda münsif kimi iştirak edir. O, efirdə iştirakçılardan biri haqqında danışarkən “ərinin orasını-burasını yuyan” sözlərini işlədib.

Nigarın bu ifadəsi müğənni Ofelya Şabanova haqqında olub.

Aydan Hacı 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
5
yenisabah.az

7Sources