EN

BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Beynəlxalq Valyuta Fondu (BVF) Venesuela ilə əməkdaşlığı bərpa edib və ölkəyə maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirib.

"Report"un məlumatına görə, Fondun sərəncamçı direktoru Kristalina Georgiyeva bu barədə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tərəflər artıq aşağı texniki səviyyədə ilkin əlaqələr qurublar.

"Biz komandanı sahəyə göndərməyə hazırıq. Növbəti addımlar barədə razılığa gəlmək şərtilə, böyük ehtimalla Venesuela üçün maliyyə yardımı proqramı hazırlayacağıq", - Georgieva BVF ekspertləri qrupunun Venesuelaya mümkün səfərinə toxunaraq qeyd edib.

Aprelin 16-da BVF və Dünya Bankı (DB) Venesuela ilə əlaqələrin bərpa olunduğunu elan ediblər. Əməkdaşlıq 2019-cu ildə dayandırılmışdı. Bu qərar Vaşinqtonda başa çatan BVF-DB yaz sessiyasında elan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
5
azpolitika.info

6Sources