Ajans.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, araşdırmalar nəticəsində yaşıllıqlara ümumilikdə 133 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Qanunsuz ağac kəsimi halları aşağıdakı ünvanlarda qeydə alınıb: Bakı şəhəri: Nizami rayonu (Qara Qarayev prospekti, 120A), Səbail rayonu (Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi) və Yasamal rayonu (Müzəffər Həsənov küçəsi, 69); Sumqayıt şəhəri: Səməd Vurğun küçəsi; Abşeron rayonu: Masazır kəndi, Rafiq Dünyamalıyev küçəsi, 20A; Qax rayonu: Qazmalar və Tasmalı kəndləri; Oğuz rayonu: Filfilli və Yaqublu kəndləri. Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.