EN

Tramp İranla razılaşmanın bu MÜHÜM DETALINI AÇIQLADI

“İran ABŞ-dan dondurulmuş aktivlərini almadan nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa razı olub”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Bloomberg“ ABŞ prezidenti Donald Trampdan aldığı müsahibəyə əsasən məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibəyə son qoymaq üçün razılaşma əsasən yekunlaşıb. Uzunmüddətli razılaşma üzrə danışıqların bu həftə sonu baş tutması ehtimalı var.

"Əsas məqamların əksəriyyəti razılaşdırılıb. Hər şey kifayət qədər tez irəliləyəcək", - Tramp deyib.

İran hələ ki, heç bir razılaşmaya, nə də Trampın cümə axşamı günü Tehranın, o cümlədən nüvə proqramının əsas məsələsində güzəştə getdiyi barədə verdiyi açıqlamaya münasibət bildirməyib./APA


Telegram kanalımız
Chosen
18
3
yenisabah.az

10Sources