EN

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Fanat.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Nazir Fərid Qayıbov Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku ərəfəsində ölkəmizdə səfərdə olan Belarus Gimnastika Federasiyasının prezidenti Yelena Skripeli qəbul edib.

Görüş zamanı Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Belarus Gimnastika Federasiyasının baş katibi Alesiya Maçulskaya da iştirak edib.

Chosen
11
fanat.az

1Sources