EN

İtaliyada vətəndaşlıq hüququ ilə bağlı araşdırmalar davam edir 

İtaliyada vətəndaşlıq hüququ ilə bağlı ciddi mübahisələr davam edir.

“CNN” xəbər verir ki, həmin məsələ ölkənin Ali Məhkəməsində araşdırılır.

Hökumət 2024-cü ilin oktyabrında xaricdə doğulan italyanların vətəndaşlıq hüquqlarını məhdudlaşdıran yeni qaydalar tətbiq edib. 2025-ci ilin martında isə bu dəyişiklik daha da sərtləşdirilib. Belə ki, vətəndaşlıq yalnız iki nəsil ilə məhdudlaşdırılıb və bəzi hallarda ikili vətəndaşlıq da qadağan olunub.

Yeni qaydalar, xüsusilə, ABŞ və Venesuela kimi ölkələrdə yaşayan, İtaliya köklü ailələrə təsir edib. Bəzi ailələr artıq vətəndaşlıq üçün müraciət prosesində olsalar da, qaydalar dəyişdiyi üçün onların hüquqları risk altına düşüb.

Ali Məhkəmə hazırda bir neçə konkret işi araşdırır və bu işlərin nəticəsi gələcəkdə minlərlə, hətta milyonlarla insanın vətəndaşlıq statusuna təsir edə bilər. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources