Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir qrup üzvünə Prezident təqaüdü verilib.
Publika.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu, birliyin 20 gənc üzvünə şamil edilib.
AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı sayta təsdiqləyib.
“Bəlli yaşda olan 20 nəfər gənc şair və yazıçıya Prezident təqaüdü təyin olunub. Bu say standart olaraq 20 nəfərdir”, – o vurğulayıb.