EN

Tramp İsrailin Livanı bombalamasını qadağan edib

ABŞ İsrailin Livanı bombalamasını qadağan edib.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

Onun sözlərinə görə, ABŞ möhtəşəm B2 bombardmançı təyyarələrinin yaratdığı bütün nüvə “tozu”nu götürəcək və bundan əlavə, pul mübadiləsi heç bir formada baş tutmayacaq:

“Razılaşmanın Livana heç bir şəkildə aidiyyəti yoxdur. Amma ABŞ ayrıca olaraq Livanla işləyəcək və lazımi tərzdə Hizbullah məsələsi ilə məşğul olacaq. İsrail daha Livanı bombalamayacaq. Onların bunu etməsinə ABŞ tərəfindən qadağa qoyulub. Bəsdirin daha!”

Chosen
28
5
apa.az

10Sources