AZ

Trampdan sərt mesaj: “İsrail, bəsdir!”

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki son gərginlik fonunda İsrailə açıq və sərt mesaj ünvanlayıb.

Musavat.com xəbər verir ki, Tramp İsrailin Livana qarşı hərbi əməliyyatlarının dayandırılmalı olduğunu bildirib və Vaşinqtonun buna icazə verməyəcəyini vurğulayıb.

ABŞ lideri qeyd edib ki, əldə olunan razılaşma Livanı əhatə etmir, lakin ABŞ bu ölkə ilə ayrıca işləyəcək və “Hizbullah” məsələsini ayrıca tənzimləyəcək. O bildirib ki, İsrail artıq Livanı bombalamamalıdır və bu, ABŞ tərəfindən qadağan edilir.

Tramp sosial şəbəkə hesabında yazıb ki, ABŞ “B2 bombardmançıları tərəfindən yaradılmış bütün nüvə ‘tozunu’” əldə edəcək və bu prosesdə heç bir maliyyə əməliyyatı aparılmayacaq.

“Bu razılaşma heç bir şəkildə Livana aid deyil, lakin ABŞ Livanla ayrıca işləyəcək və vəziyyəti uyğun şəkildə həll edəcək. İsrail artıq Livanı bombalamayacaq. ABŞ buna QADAĞA qoyur. Bəsdir! Təşəkkür edirəm!” – deyə o bildirib.

Bununla yanaşı, Tramp Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə “cəsarət və dəstəyə görə” təşəkkür edib, NATO-ya isə “uzaq durmağı” tövsiyə edib və Alyansın yardım təklifini rədd edib.

Musavat.com

Seçilən
0
4
musavat.com

10Mənbələr