EN

Şəki təmsilçisi çempionatdan kənarlaşdırıldı

Şəkinin "Şorsu" komandası AFFA U-12 Liqasından kənarlaşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi Zaqatalanın "Alfa" kollektivi ilə görüşdə təyin olunan vaxtda meydanda olmayıb.

Qarşılaşma baş tutmadığı üçün "Şorsu" 0:3 hesablı texniki məğlubiyyət alıb. Bu hal üçüncü dəfə təkrarlandığı üşün komanda yarışdan uzaqlaşdırılıb.

Chosen
4
1
unikal.az

2Sources