EN

Əli Əsədovun biznes və tikinti imperiyası...

Prezident İlham Əliyevin bir sıra çıxışlarından sonra cəmiyyətdə müzakirə olunan ən ciddi məsələlərdən biri məmurlar, onların fəaliyyəti, davranışı, öz vəzifə borclarına münasibəti, bir sözlə, məmur obrazı ilə bağlı olub.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dövlət başçısı həmişə məmurlardan peşəkarlıq, təvazökarlıq, insanlara həssas münasibət, mədəni davranış, qanunların tələblərinə riayət tələb edib. Məmur rüşvət almamalıdır, dövlətin cibinə girərək korrupsiyaya qurşanmamalıdır, insanları incitməməlidir, ona verilən səlahiyyətləri öz şəxsi maraqları üçün istifadə etməməli, sui-istifadəyə yol verməməlidir. Öz şəxsi maraqlarını əsas tutaraq digər vəzifə sahiblərini gözdən salmaq və bunu media, jurnalistlər vasitəsilə reallaşdırmaq isə heç bir əndazəyə sığmayan haldır.

Yaxın keçmişimizdə dövlət idarəçiliyi sistemində özünü qabarıq şəkildə büruzə verən belə hallar çox ciddi ictimai qınağa səbəb olub. Bu gün onlarla məmur adı çəkmək olar ki, vəzifədə olduqları dövrdə özləri üçün əsl biznes imperiyası yaradıblar. Bir neçə il öncə həbs olunmuş icra hakimiyyəti başçıları da daxil olmaqla bəzi məmurların var-dövləti göz qamaşdırırdı: şirkətlər, daşınmaz əmlak, bank hesabları və s. 2019-2020-ci illərdən başlanan islahatlar, o cümlədən kadr islahatları problemin miqyasının əhəmiyyətli dərəcədə daralmasına gətirib çıxartsa da, təəssüf ki, dövlət başçısının sərt xəbərdarlıqlarından nəticə çıxartmayan məmurlar hələ də qalmaqdadır. Söhbət “JEK müdiri”, yaxud hansısa nazirlikdə idarə rəisi vəzifəsini tutan məmurlardan getmir, bu kiçik məmurların da nümunə götürdüyü böyük səlahiyyət sahibləri var.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov hələ Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub. Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur. Lakin bu fəaliyyətin praktiki nəticəsi - yaratdığı biznes imperiyası artıq söz deməyə yer qoymur. Məsələn, Bakının ən görkəmli və bahalı yerlərindən biri – Bayraq meydanı ilə üzbəüz Əli Əsədova məxsus olduğu bildirilən “Manqal” restoranı ölçüsü, təmtərağı ilə diqqəti cəlb etməyə bilməz.

Chosen
16
18
publika.az

10Sources