EN

Simonyandan Ankaraya çağırış: Paşinyanı sevindirən qərar verilə bilər

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyəni regionda sülhün möhkəmləndirilməsi prosesində iştirak etməyə çağırıb. Simonyan bildirib ki, onilliklər müddətində davam edən gərginlikdən sonra İrəvan və Bakı arasında yeni etimad quruculuğu dövrü başlayır.

Onun sözlərinə görə, Türkiyənin prosesə dəstəyi regionda uzunmüddətli sabitliyin əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ankara Simonyanın çağırışına necə cavab verəcək? Türkiyə parlament seçkiləri öncəsi Ermənistanla sərhədi aça bilərmi?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan hökuməti Türkiyə ilə sərhədlərin Azərbaycanla sülh sazişinin imzalanmasına qədər açılmasında maraqlıdır:

“Ona görə Alen Simonyan İstanbulda bu cür çıxış edib. Hazırda Ermənistan hökuməti çalışır ki, Azərbaycan və Türkiyə ilə yaxın əlaqələr qursun. Bu, hakimiyyətin seçkilərdəki mövqeyini gücləndirə bilər. Lakin hesab etmirəm ki, Ankara Bakıdan xəbərsiz belə bir addıma getsin.

Elxan Şahinoğlu

Əgər Azərbaycan ilə razılıq olarsa, sülh sazişindən öncə sərhədlər açıla bilər. Bu, baş nazir Nikol Paşinyanın seçkilərdə mövqeyini gücləndirəcək. Onsuz da Azərbaycandan Ermənistana, Ermənistandan Azərbaycana məhsul ixracı təcrübəsi tədricən yaranıb. Yəni bu mənada prosesin mənfi tərəfi yoxdur”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
globalinfo.az

1Sources