EN

Təyyarələrdə yeni qadağa: ən vacib əşya buraxılmayacaq

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya təyyarələrində poverbanklardan istifadə qadağan ediləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin Nəqliyyat Nazirliyinə müraciət edib.

Sözügedən təşəbbüs Ural Hava Yollarına məxsus təyyarədə baş verən hadisədən sonra gündəmə gəlib. Belə ki, fevral ayında Yekaterinburqdan İstanbula uçan təyyarədə poverbank alovlanıb və sərnişin baş barmağından xəsarət alıb.

Nəqliyyat Nazirliyinə göndərilən sənəddə bildirilir ki, aviasiya orqanları poverbanklarla bağlı vəziyyətə diqqət yetirməlidirlər, çünki bu cür hadisələr tez-tez baş verir və ciddi fəsadlara səbəb ola bilər.

Qeyd edək ki, Cənubi Koreyadan sonra digər Asiya ölkəsi Yaponiya da təyyarələrdə poverbankların istifadəsini qadağan edib. Sözügedən qadağanın daha bir neçə ölkədə tətbiq ediləcəyi gözlənilir. Poverbankların ümumiyyətlə təyyarələrə buraxılmayacağı bildirilir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
globalinfo.az

1Sources