EN

Livanla razılaşdırılmış atəşkəs müvəqqətidir - İsrail Katz

Bakı. Trend:

Ötən gecə qüvvəyə minən 10 günlük İsrail–"Hizbullah" atəşkəsimüvəqqətidir.

Trend İsrailmediasına istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziriİsrael Katz bildirib.

İsrailli nazir vurğulayıb ki, İsrail Müdafiə Qüvvələri (IDF)Livandakı mövqelərdən geri çəkilmir və bu ölkə ilə bağlı yerdəqalan tapşırıqlar, lazım gələrsə, güc tətbiq etməklətamamlanacaq.

“IDF təmizlədiyi və tutduğu bütün əraziləri nəzarətində saxlayırvə saxlayacaq. Livanda quru əməliyyatı və ölkə boyu "Hizbullah"aqarşı endirilən zərbələr bir çox nəticələr verib, lakin hələ tambaşa çatmayıb”, - deyə Katz bildirib.

“Biz Livan ərazisində, Hizbullaha qarşı müharibəninortasındayıq; hazırda müvəqqəti fasilə və 10 günlük atəşkəs tətbiqolunur", - o əlavə edib.

Katz döyüş əməliyyatlarının gedişində 1 700-dən çox "Hizbullah"döyüşçüsünün öldürüldüyünü qeyd edib və bildirib ki, bu rəqəm2006-cı ildə baş vermiş II Livan Müharibəsində qeydə alınan saydaniki dəfədən çoxdur.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources