EN

Azərbaycan Transxəzər əlaqəliliyini və regional nəqliyyat dəhlizlərini inkişaf etdirir - Hikmət Hacıyev

Antalya. Trend:

Azərbaycan Transxəzər əlaqəliliyini və regional nəqliyyatdəhlizlərini inkişaf etdirir.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentininköməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələlərişöbəsinin müdiri Hikmət Hacıyev Antaliya Diplomatiya Forumuçərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ardıcıl şəkildə regionaləlaqəliliyi, nəqliyyat və enerji dəhlizlərini inkişaf etdirir.

“Biz Azərbaycan–Gürcüstan–Türkiyə əməkdaşlığı ilə, o cümlədənBakı–Tbilisi–Qars layihəsi ilə başladıq və hazırda bu formatlarıgenişləndiririk”, - deyə o bildirib.

H. Hacıyev qeyd edib ki, Transxəzər əlaqəliliyinin inkişafıxüsusi əhəmiyyət daşıyır.

“Biz Mərkəzi Asiyadan olan qardaş ölkələrlə birlikdə Transxəzərəlaqəliliyini qururuq. Növbəti mərhələ - region üçün əlavəəlaqəlilik təmin edəcək Zəngəzur dəhlizi modeli ola bilər ”, - deyəPrezidentin köməkçisi əlavə edib.

Məqalədə:
Chosen
25
3
az.trend.az

4Sources