EN

Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi istiqamətində iş aparılır - Deputat (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi iləAzərbaycan Parlamentinin nümayəndə heyəti Türkiyənin İstanbulşəhərində keçirilən Parlamentlərarası İttifaqın (İPU) 152-ciAssambleyasında iştirak edir.

Trend xəbərverir ki, assambleyanın Demokratiya və İnsan Hüquqları üzrə DaimiKomitəsinin bu gün keçirilən növbəti qətnaməsi üzrə hazırlıqmüzakirələrində komitənin üzvü, Milli Məclisin deputatı ƏminəAğazadə “Hamı üçün inklüziv sosial inkişaf: əlilliyi olan şəxslərinhüquqlarının və səlahiyyətlərinin artırılmasını təşviq etmək üçünparlament strategiyaları” mövzusunda çıxış edib.

Əminə Ağazadə çıxışında qeyd edib ki, inklüziv sosial inkişafyalnız bir siyasət prioriteti deyil - bu, cəmiyyətlərimizin nədərəcədə ədalətli və bərabərhüquqlu olduğunun göstəricisidir:

"Parlamentlər üçün bu, aydın bir məsuliyyət deməkdir: əlilliyiolan şəxslərin həyatın bütün sahələrinə tam şəkildə cəlb olunmasınıtəmin edilməlidir. Azərbaycanda biz beynəlxalq öhdəliklərimizə, ocümlədən Əlilliyi olan şəxslərin hüquqları haqqında BMTKonvensiyasına uyğun olaraq hüquqlara əsaslanan yanaşma tətbiqetmişik.

Mühüm addımlardan biri əlilliyi olan şəxslərin hüquqlarıhaqqında qanunun qəbul edilməsi oldu. Bu qanun bərabərlik,ayrı-seçkiliyin yolverilməzliyi və tam iştirak prinsiplərinəəsaslanan müasir hüquqi çərçivə formalaşdırdı. Ən önəmlisi isə, buqanun diqqəti yardımdan gücləndirmə və inklüzivliyə yönəldir".

Deputat parlamentin rolunu üç əsas istiqamət üzrəqiymətləndirilməsinin xüsusilə vacib olduğunu qeyd edib:

"Birincisi, qanunvericilik — hüquqi təminatların aydın, əhatəlivə beynəlxalq standartlara uyğun olmasını təmin etmək.

İkincisi, nəzarət — dövlət proqramlarının icrasını izləmək vəverilən öhdəliklərin insanların gündəlik həyatında realyaxşılaşmalara çevrilməsini təmin etmək.

Üçüncüsü, təmsilçilik — əlilliyi olan şəxslərin qərar qəbuletməproseslərində yalnız benefisiar kimi deyil, həm də fəal iştirakçıkimi təmsil olunmasını təşviq etmək".

Deputat Əminə Ağazadə Azərbaycan dövlətinin bir sıra prioritetistiqamətlərə fokuslandığını diqqətə çatdırıb.

“Biz inklüziv təhsilin genişləndirilməsi və təhsilin bütünsəviyyələrinə çıxışın yaxşılaşdırılması istiqamətində iş aparırıq.Məşğulluğun və iqtisadi fəallığın artırılmasını, o cümlədənözünüməşğulluq təşəbbüslərinin dəstəklənməsini təşviq edirik. Həmfiziki infrastrukturda, həm də rəqəmsal mühitdə əlçatanlığıngücləndirilməsi istiqamətində tədbirlər görürük. Eyni zamanda,fərdi ehtiyaclara uyğun sosial müdafiə və reabilitasiyasistemlərini inkişaf etdirməyə davam edirik”, - deyə obildirib.

Deputat eyni zamanda mövcud çətinliklərin də olduğunu qeydedərək infrastruktur maneələrini, məhdud məşğulluq imkanlarını vəcəmiyyətdə mövcud stereotipləri tam inklüzivliyin təmin olunmasınahələ də mane olan faktorlar kimi diqqətə çatdırıb:

"Bu çətinliklərin aradan qaldırılması davamlı parlamentfəaliyyəti, daha güclü icra mexanizmləri və vətəndaş cəmiyyəti ilədaha sıx əməkdaşlıq tələb edir".

Əminə Ağazadə çıxışında inklüziv inkişaf təkcə qanunvericilikyolu ilə əldə olunmadığını, bunun üçün siyasi iradə, hesabatlılıqvə davamlı dialoqun zəruriliyini xüsusi qeyd edib. Deputat əlavəolaraq Azərbaycan dövlətinin əlilliyi olan şəxslərin hüquqlarınınvə imkanlarının genişləndirilməsi istiqamətində səylərini davametdirdiyini və bu sahədə təcrübəsini Parlamentlərarası İttifaqçərçivəsində bölüşməyə hazır olduğunu vurğulayıb.

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Chosen
34
az.trend.az

1Sources