EN

Deputat Kəlbəcər balı adı altında saxta məhsul satanlarla bağlı aidiyyəti qurumlara müraciət edib

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın həyata keçirilməsi ilə yanaşı, fermerlərimizin də bu ərazilərdə öz təsərrüfatlarını qurmaları və yaxud mövsümi olaraq yaylaqlara çıxmaları üçün yüksək səviyyədə şərait yaradılır.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, artıq bir neçə ildir məhz bu ərazilərdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həm yerli, həm də xarici bazarlara çıxarılması sevindirici haldır: “Azad edilmiş ərazilərdə istehsal edilən kənd təsərrüfatı məhsulları arasında bal xüsusi yer tutur. Kəlbəcər balına maraq isə kifayət qədər böyükdür.

Bu günlərdə hər kəs Kəlbəcər balı almaq istəyir və Kəlbəcər balının öz süfrəsində olmasını arzulayır. Ancaq Kəlbəcər balı məhduddur. Yəni Kəlbəcərdə o qədər də çox bal istehsal edilmir ki, hər kəs bu məhsulu əldə edə bilsin. Təəssüf ki, bəzi işbazlar bu məsələ ilə bağlı çıxış yolu tapıblar. Kəlbəcər balı adı ilə saxta bal satırlar. İnsanlar da bu balın keyfiyyətli olub-olmamasını yoxlaya bilmirlər”.

Deputat bununla bağlı aidiyyəti qurumların nümayəndələrindən xahiş edib ki, bu məsələyə diqqəti artırsınlar: “İnanıram ki, bu məsələ ilə bağlı artıq lazımi işlər görülür. Ancaq istənilən halda biz çalışmalıyıq ki, bu məsələlərdə çox diqqətli olaq. Çünki xalis olmayan bal məhsulları nəinki faydalı, əksinə, çox ziyanlıdır. Biz həm Kəlbəcər balının daha da məşhurlaşması, həm də xaricdə bu balın Azərbaycan markası olaraq satışına dəstək olmalıyıq. Eyni zamanda saxta məhsulların bizim bazarlara, marketlərə ayaq açmasının qarşısını alarıq”.

Qeyd edək ki, Kəlbəcər balı Azərbaycan təbiətinin nadir və təmiz nemətlərindən biridir. Dağlıq bölgənin zəngin çiçək florası, təmiz dağ havası və qədim arıçılıq ənənələri bu balı digər məhsullardan fərqləndirir. Kəlbəcər balı yalnız dad və aroma baxımından deyil, həm də müalicəvi xüsusiyyətləri ilə də yüksək qiymətləndirilir. Bu bölgədə arıçılıq nəsildən‑nəslə ötürülən peşə kimi yaşayıb və yerli təsərrüfatların mühüm gəlir mənbəyidir. (İqtisadiyyat.az)

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
icma.az

1Sources