EN

Aras Mersinlinin hadisədən saatlar əvvəl yazdıqları ortaya çıxdı - Çox tənhayam » AzadMedia.az


Kahramanmaraşdakı hadisə ilə bağlı yeni detallar üzə çıxdı. Hücumu həyata keçirən şəxsin hadisədən saatlar əvvəl xarici bir qrupa mesajlar yazdığı iddia olunur.
Mesajlarda həmin şəxsin ciddi emosional çöküş içində olduğu, özünü tükənmiş hiss etdiyi və ailədaxili problemlər yaşadığını ifadə etdiyi irəli sürülür.
Həmçinin paylaşımlarında diqqətçəkən və narahatlıq doğuran ifadələrdən istifadə etdiyi bildirilib.
Azadmedia.az türk mediasına istinadla Kahramanmaraşdakı məktəbə hücum edən İsa Aras Mersinlinin 11 aprel tarixində yazdıqlarını təqdim edir:
“Bunu yazarkən tarix 11 aprel 2026-dır. Sən bunu oxuyanda ya nəsə planlaşdırır olacağam, ya etmiş olacağam, ya da etmək üzrə olacağam. Həyatım boyu həmişə tək qaldım. Səbəbini bilmirəm, əslində çox şeyim var idi. Həmişə insanlarla ünsiyyət qurmağa çalışdım, amma yenə də tək qaldım. İnsanların məni tanıması, fərq etməsi xoşuma gəlir. Bu dünyadakı varlığımı və verdiyim zərəri hiss etsinlər istəyirəm ki, sonda məni görsünlər. Bunun necə olacağını bilmirəm, amma edəcəyəm. Amma etdiyim şeyin səbəbi təklik deyil. İstəsəm də bunu təkliklə əlaqələndirə bilmərəm. İnsanlar belə edir, amma bu düzgün deyil. Təklik səbəb deyil.
İnsanlar mənim bu vəziyyətimə görə bəzi şeylər güman edir, amma bu təklikdən deyil. Onsuz da təkəm. Çox tənhayam. Demək olar ki, heç dostum yoxdur. Cəmi 2 dostum var və çox vaxt danışmırıq. Ailəm məndən nifrət edir, məndən qorxur və məyusdur. Həmişə təkəm. Amma bunu düşünmək təklik səbəbdir demək deyil. Təklik səbəb deyil. Bu sadəcə bir vəziyyətdir.
Mən dahiyəm. Hamıdan daha yaxşıyam. Ən üstün insanam. Özümə sadiqəm. Mən daha yaxşıyam. Orta zəkadan çox yuxarıyam. 130 IQ testim olub. Məktəbdə heç oxumadan həmişə yüksək qiymətlər alırdım. İnsanlar həmişə yaşım üçün yetkin olduğumu deyirdilər.
İngilis dilini məktəbdə öyrənmədim. Evdə də danışmırdım. Sadəcə bir neçə il ərzində öz-özünə səlis danışmağa başladım. İngilis dilini insanların dediklərini türk dilinə çevirərək öyrəndim. Zamanla birbaşa ingiliscə düşünməyə başladım. İngilis dilini bu şəkildə öyrəndim. Zamanla türk dilindən müstəqil düşünməyə başladım. Sadəcə ingiliscə düşünürdüm. Buna görə ingilis dilini tərk edə bilmirəm.
Məktəbi tərk etdim. Uşaq bağçasını qoydum və ingilis dilini öyrəndim. 3-cü sinfə qədər oxudum, sonra ibtidai məktəbi tərk etdim. Uşaqlıqda belə məktəbdə hamıdan daha ağıllı olduğumu düşünürdüm. Onlara baxar və "anamın axmaq dostlarının uşaqları" kimi görərdim. Hələ ibtidai sinifdə oxuyarkən onların məndən geri olduğunu düşünürdüm. Mənim qədər tez öyrənə bilmədiklərini fərq etdim. Buna görə məktəbi tərk etdim. Məktəb mənə heç nə qazandırmırdı. Öz-özümə öyrəndim”.

Məsələ ilə bağlı araşdırmalar davam edir.
Chosen
12
1
azadmedia.az

2Sources