EN

Avropa çempionatı: Hidayət Heydərov yarımfinalda - YENİLƏNİB

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalına yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib.

Millinin lideri yarımfinalda Bilal Çiloğlu (Türkiyə) ilə qarşılaşacaq.

H.Heydərov daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan), 1/8 finalda isə Dardan Çenanı (Kosovo) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

***

12:23

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

***

10:55

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb

Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasa (Yunanıstan) ipponla qalib gəlib.

Təmsilçimiz 1/8 finalda Dardan Çena (Kosovo) ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Chosen
17
9
bakivaxti.az

10Sources