BAKI, 17 aprel. TELEQRAF
Bölgənin problemlərini yalnız bölgə ölkələrinin birgə səyləri ilə həll etmək mümkündür.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.