EN

Papa dünya liderlərinə çağırış etdi

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Katoliklərin lideri Roma Papası XIV Leo, Afrika turu çərçivəsində ziyarət etdiyi Kamerunda müharibələrə milyardlarla dollar xərcləyən liderləri sərt şəkildə tənqid edib. 

"Cebheinfo.az" xəbər verir ki, dünyanın “bir ovuc zorba tərəfindən dağıdıldığını” deyən Papa, sülh çağırışını yenidən səsləndirib.

Papanın bu açıqlamaları, ABŞ Prezidenti Donald Tramp ilə yaşadığı yüksək profilli gərginlikdən sonra gəlib.

Tramp bir neçə gün əvvəl sosial mediada Papaya hücum edərək onu “cinayət məsələsində zəif və xarici siyasətdə dəhşətli” adlandırmışdı.

Kamerunun münaqişələrdən təsirlənən Bamenda şəhərində çıxış edən Papa, ad çəkmədən Tramp administrasiyasını və müharibə yönümlü siyasətləri tənqid edib:

“Müharibə tərəfdarları dağıtmağın sadəcə bir an çəkdiyini, lakin yenidən qurmağın bəzən bir ömrə belə sığmadığını görməzdən gəlirlər”.

Liderlərin təhsil və səhiyyə kimi əsas ehtiyaclar üçün vəsait tapmaqda çətinlik çəkdiyi halda silahlara milyardlarla dollar xərcləməsini də tənqid edən Papa əlavə edib:

“Öz maraqları üçün, hətta Tanrının adını manipulyasiya edənlər, kasıb xalqların resurslarını silahlara yönəldərək qeyri-sabitlik və ölüm dövrünü davamlı hala gətirirlər”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
cebheinfo.az

2Sources