EN

ABŞ İrana qarşı “İqtisadi Qəzəb” əməliyyatına başladı

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Tehrana maksimum təzyiq göstərmək üçün İrana qarşı “İqtisadi Qəzəb” əməliyyatına başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset mətbuat brifinqində bildirib.

“ABŞ maliyyə naziri Skott Bessent “İqtisadi Qəzəb” əməliyyatına başladı. Bu ABŞ hökuməti daxilində İrana iqtisadi təzyiqi maksimum dərəcədə artırır”, - deyə o bildirib.

Heqset həmçinin Tehranı ABŞ-nin bombardman miqyasını genişləndirməyə hazır olması barədə xəbərdar edib və İslam respublikasını ağıllı seçim etməyə çağırdı.

Qeyd edək ki, ABŞ və İran arasında 8 aprel 2026-cı ildə başlayan iki həftəlik atəşkəs 21 apreldə bitir. Vaşinqton atəşkəsin müddəti bitənə qədər razılığa gəlinməsə, hücumları bərpa edəcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
yeniavaz.com

1Sources