EN

Zelenski Rusiyanı “qlobal təhlükə” ADLANDIRDI

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı “qlobal təhlükə” kimi xarakterizə edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə Niderlandda keçirilən “Dörd azadlıq” mükafatlandırma mərasimində iştirakçılara müraciəti zamanı danışıb.

Ukrayna mediası “Zerkalo Nedeli”nin məlumatına görə, Zelenski çıxışında Rusiya–Ukrayna münaqişəsinin əsasını Moskvanın “Ukraynanın mövcudluğunu inkar etməsi” ilə izah edib.

Zelenski bildirib ki, Rusiya Ukraynanı və digər ölkələri “xəritədən silmək” və regionda təhlükəsizlik qaydalarını təkbaşına müəyyən etmək istəyir. Onun sözlərinə görə, Rusiya öz təsirini yalnız Avropa ilə məhdudlaşdırmayaraq, Suriya və Afrika kimi regionlara da yayır.

“Rusiya dəfələrlə açıq şəkildə göstərib ki, qonşu ölkələr üzərində nəzarət etmək istəyir. Avropada təhlükəsizlik qaydalarını özü müəyyən etmək niyyətindədir. Bu, həqiqətən qlobal təhlükədir və dünyanın bir çoxu bunu belə də qəbul edir”, – deyə Zelenski bildirib.

Eyni zamanda, Zelenskinin sabiq mətbuat katibi Yuliya Mendel onun bəyanatlarını tənqid edərək, bu çıxışları “konkret nəticə verməyən davamlı bəyanatlar axını” və “ucuz serial ssenarisinə bənzər” ifadələr kimi qiymətləndirib.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
redaktor.az

2Sources