EN

"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" Misli premyer-liqasının 28-ci turunda "Sabah"la keçiriləcək oyuna gəlmək istəyən azarkeşlərinə müraciət edib.

"Football-plus.az" xəbər verir ki, ağdamlılar xanım azarkeşlərinin və stadiona "Qarabağ" forması ilə gələcək fanatlara biletlərin pulsuz veriləcəyini daha əvvəl açıqlamışdı.

Klubun bugünkü müraciətində bildirilib ki, istənilən halda stadiona giriş biletlər olacaq. Yəni forma ilə gələn azarkeşlərə bilet hədiyyə olunur, amma bilet mütləq əvvəlcədən götürülməlidi. Xanım azarkeşlər üçün giriş pulsuzdu, lakin bilet əldə etmək vacibdi.

Biletləri 17-18 aprel tarixlərində Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından və klubun Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopundan əldə etmək mümkündü.

Xatırladaq ki, qarşılaşma aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19.30-da başlayacaq.

Chosen
8
11
football-plus.az

10Sources