Texnopolis Ximqrad ilə Next-T arasında Sumqayıt Kimya Sənaye Parkı rezidenti statusunun əldə olunmasına dair saziş imzalanıb.
“APA-Economics” xəbər verir ki, imzalanma Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində baş tutub.
Sənədi Next-T və “NexTouch” şirkətlər qrupunun baş direktoru Vladimir Krikuşenko və Texnopolis Ximqrad şirkətinin baş direktoru Ayrat Gizzatullin imzalayıb.